Bu gün - iyunun 14-də Azərbaycanın bütün orta məktəblərində “Son zəng” çalınır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Unikal"a verilən məlumata görə, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb:
“Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq. Valideynlərdən bu əlamətdar gündə övladlarının təklükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik”.
Məlumat üçün bildirək ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.