Bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi məqsədi ilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.
"Unikal" xəbər verir ki, Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradır.
Həmçinin təxliyyə olunacaq vətəndaşlar üçün çay süfrəsi hazırlanıb. Səhhətlərində problem yaranarsa, təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.
Xəlil Əliyev