Qazaxda baş verən quldurluq hadisəsinin bəzi detalları üzə çıxıb.
"Unikal"ın məlumatına görə, rayonun Qazaxbəyli kəndində quldurluq edən şəxs zərərçəkən ailəyə yaxın olub. Quldurluğa gələn şəxs zərərçəkən Emin Allahverdiyevin atası ilə uzun müddət birlikdə işləyib. Həmin şəxs evdə pul olduğunu bilib. Hadisə baş verən gecə quldurluğa gələn şəxs evə daxil olan zaman zərərçəkmişin həyat yoldaşı onu gördüyü üçün onun başından küt ailətlə vurub. Səsə gələn Emin Allahverdiyevə də kəsici ailətlə xəsarət yetirib.
Qonşular səs-küyü eşidərək zərərçəkənin evinə gələrək, quldurluğa gələn şəxsi tutub polisə təhvil veriblər.
Qeyd edək ki, hadisə bir neçə gün bundan əvvəl Qazax rayonun Qazaxbəyli kəndində baş verib. Belə ki, kənd sakini olan ev sahibi, 1979-cu il təvəllüdlü Emin Allahverdiyevin evinə gələn oğru onun övladının kiçik toy məclisindən yığılan pulu aparmağa gəlibmiş. Ev sahibini bıçaqlayıb, həyat yoldaşı Kəmalə Allahverdiyevaya xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Qazax rayon polis şöbəsində araşdırma aparılır.
Tural Əhmədov