İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı xəbərlər yalandır,.

"Unikal" xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi Əhmədinejadın ofisinə istinadən xəbər yayıb.

*** 21:42

İranın müxalifət mediası İsrailin "Terror Alarm" resursuna istinadən yazır ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Tehranda maskalı şəxslər tərəfindən öldürülüb.

"Unikal" xəbər verir ki, sui-qəsdin arxasında SEPAH-ın kəşfiyyat xidməti ilə əlaqəli qüvvələrin dayandığı bildirilir. Bunu İran hökumətindəki daxili çəkişmələrin bir hissəsi adlandırırlar.

Hələlik rəsmi təsdiq yoxdur. İran höküməti vəziyyəti şərh etmir.

Məlumata görə, Əhmədinejad küçədə xanımı və iki oğlu ilə birlikdə gedərkən maskalı şəxslər tərəfindən güllələnib.

*** 20:45

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad öldürülüb. 

"Unikal" xəbər verir ki, M.Əhmədinejadın küçədə açılan atəşlə öldürüldüyü bildirilir. 

Qeyd edək ki, rəsmi mənbələr məlumatı hələ ki təsdiqləməyib.