İran hakimiyyəti "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində nüvə başlığına bənzəyən mərminin videosunu dərc edib.

"Unikal" xəbər verir ki, kadrlarda İran hərbi formasında olan şəxsin mərmini sığallaması əks olunub. Həmçinin, görüntüdə fars dilində yazılmış "Bəlkə" sözü yer alıb. 

Sözügedən video dünya mediasının diqqətini çəkib. 

İyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edərək "Am Kelavi" əməliyyatına başlayıb. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.

Gülayə Mecid