Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Kəlbəcər rayonunda qəza baş verib. Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər rayon ərazisində idarə etdiyi "HOVO" markalı yük avtomobilinin idarəetməsini itirib. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Orxan Mustafayev əvvəllər Azərbaycan Ordusunun hərbi qulluqçusu olub. O, Orduda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) kimi xidmət edirmiş. Təxminən 1 il əvvəl işdən çıxıbmış.
Qeyd edək ki, O.Mustafayev Vətən müharibəsi iştirakçısıdır.
Murad İbrahimli