Dünyaca məşhur ulduz Cennifer Lopez uzun illərdən sonra Türkiyədə konsert verəcək.
"Unikal" xəbər verir ki, iyulun 23-də Antalyada səhnəyə çıxacaq Lopezin qalacağı mənzil diqqət çəkib.
Türkiyəyə əvvəlki səfərində dəbdəbəli villada qalan ulduz bu dəfə mağara konspetli mənzilə üstünlük verib. Buna görə Cennifer Lopez üçün otaq yox, bir sözlə saray hazırlanıb. Mediada yayımlanan fotolarda otaqların genişliyi və dizaynı göz oxşayıb.
Otaq təkcə ölçüsü ilə deyil, həm də rahatlığı ilə seçilir. Unikal dizaynla əhatə olunmuş mənzildə hovuz, özəl sauna, kinoteatr və kamin yer alır. Cennifer Lopez üçün xüsusi hazırlanmış detallar da diqqət çəkir. Kətan paltarlarından tutmuş xalatlara qədər hər şey müğənnini baş hərfləri ilə fərdiləşdirilib.
Antalyadakı konsertinin xoreoqrafiyası üçün 42 nəfərlə işləyən Cennifer Lopez səhnədə 50 rəqqasla çıxış edəcək. Konsert üçün 85 nəfərlik heyətlə Antalyaya səfər edəcək pop ulduz səhnədə 35 mahnı ifa edəcək.