Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Gəncədə fərdi yaşayış evində partlayışla nəticələnən yanğın hadisəsində xəsarət alan Ş.Musayev müalicə aldığı xəstəxanada ölüb.
"Unikal"ın əldə etdiyi məlumata görə, vəfat edən şəxs Kəlbəcər hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Elməddin Musayevin atasıdır.
Murad İbrahimli
****22:00
Bir neçə gün əvvəl Gəncədə fərdi yaşayış evində partlayışla nəticələn yanğın hadisəsində xəsarət alan şəxs müalicə xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, ağır yanıq xəsarətləri alan şəhər sakini 1958-ci il təvəllüdlü Ş.Musayev bu gün səhər saatlarında müalicə aldığı Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan Toksikologiya Mərkəzind vəfat edib.
Xatırldaq ki, hadisə iyul ayının 4-də şəhərin Nizami Gəncəvi prospektində yerləşən fərdi yaşayış evlərinin birində partlayışla nəticələnən yanğın hadisəsi baş verib.
Nəticədə ev sahibi 1958-ci il təvəllüdlü Ş.Musayev yanıq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.Yanıq xəsarətləri alan şəxsin vəziyyəti ağır olduğuna görə elə həmin gün Bakı şəhərinə aparılıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov