14.07.2025-ci il tarixində saat 01:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən "Unikal"a bildirilib ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin hər birinə ilkin zəruri tibbi xidmət göstərilib.
Xəsarət alanlardan 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda Təcili tibbi yardım bölməsində müalicələri davam etdirilir.
2 nəfərə isə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
***
09:08
Qazax şəhərinin mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hərəkətdə olan “VAZ” markalı avtomobillə digər minik maşını toqquşub.
Qəza nəticəsində 4 nəfər – 1979-cu il təvəllüdlü Ə.Nürəddinov, 2005-ci il təvəllüdlü İ.Poladov, 1979-cu il təvəllüdlü F.Əsgərov və 2007-ci il təvəllüdlü X.Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov