Xəbər verdiyimiz kimi, Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində 17 yaşlı oğlan batıb.
"Unikal"ın məlumatına görə, yeniyetmənin meyiti sudan çıxarılıb.
***16:45
Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində batan şəxsin kimliyi bilinib.
"Unikal" xəbər verir ki, o, 2008-ci il təvəllüdlü Süleyman Cahangirlidir.
Onun axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Xəlil Əliyev
***16:14
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
"Unikal" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.