Xəbər verdiyimiz kimi, Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində 17 yaşlı oğlan batıb.

"Unikal"ın məlumatına görə, yeniyetmənin meyiti sudan çıxarılıb.

***16:45

Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində batan şəxsin kimliyi bilinib.

"Unikal" xəbər verir ki, o, 2008-ci il təvəllüdlü Süleyman Cahangirlidir.

Onun axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Xəlil Əliyev

***16:14

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.