Daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lerik şəhəri, E. Qarayev küçəsi 98 ünvanında fəaliyyət göstərən və fiziki şəxs Dövlət Şirməmməd oğlu Bağırova məxsus marketdə yoxlama keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı marketdə mal qonşuluğu prinsipinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı müəyyən edilib. Həmçinin yararlılıq müddəti bitmiş qida məhsulları (unlu və şəkərli qənnadı məmulatları, tum, alkoqolsuz içki) aşkarlanıb.
Faktla bağlı istehlaka yararsız məhsulların qadağan olunması, dövriyyədən çıxarılması və məhv edilməsinə dair qərar qəbul olunub, fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.