An-24 təyyarəsinin qəzaya uğradığı Amur vilayətində üç günlük matəm elan edilib. 

"Unikal" xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Orlov məlumat verib.

"Mən regionda üç günlük matəm elan edirəm. İyulun 25, 26 və 27-də Amur vilayətinin bütün ərazilərində bayraqlar endiriləcək. Bu dəhşətli faciə 48 nəfərin həyatına son qoydu", - o, "Telegram" kanalında yazıb. 

Ağarza Elçinoğlu