"Crocus City Hall" konsert zalında törədilən terror aktının 3 nəfəri – Dalerçon Mirzoyev, Muhammadsobir Faizov və Saidokram Raçabalizoda hücumdan əvvəl qorxu hissini azaltmaq üçün narkotik vasitələrdən istifadə ediblər. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Onlar tərkibində mefedron olan naməlum narkotik maddədən istifadə ediblər. Bundan sonra məlum hücumu törədiblər", - iş materiallarında deyilir. 

Krokusda terror aktı 2024-cü il martın 22-də törədilib. İstintaq Komitəsinin məlumatına görə, 149 nəfər həlak olub, 1 nəfər itkin düşüb, 609 vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hücum nəticəsində dəyən ümumi zərər təxminən 6 milyard rubl təşkil edib. Terror aktından sonra hadisəni törədən 4 nəfər Ukraynaya qaçmağa çalışsa da, Bryansk vilayətində saxlanılaraq Moskvaya aparılıb.

Ağarza Elçinoğlu