Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Vechaichai krallığın hərbi dairələrinin komandirləri ilə Kambocadan olan hərbçilər arasında keçirilən görüşün keçirildiyini açıqlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Tailand Kamboca ordusu ilə müqavilə imzalayıb. 

"Görüş nəhayət baş tutdu. Bir sıra razılıqlar əldə olundu, o cümlədən, adətən orada olan kontingentlərdən əlavə, hər iki tərəfdən sərhədə yaxın qoşunların yerləşdirilməsindən imtina", - rəsmi bildirib. 

***

Tailand və Kamboca sərhədində toqquşmalar yenidən başlayıb.

"Unikal" xəbər verir ki, bu  barədə xarici KİV məlumat dərc edib. 

Kamboca sərhəddə döyüşlərin yenidən başladığı üçün Tailandla görüş təxirə salınıb. 

Qeyd olunur ki, Tailand tərəfi atıcı silahlardan atəşlə cavab verib.

Tailand və Kamboca arasında sərhəd münaqişəsi iyulun 24-ü səhər saatlarında kəskinləşib. Tailand hakimiyyəti Kambocanı münaqişəni qızışdırmaqda günahlandırıb, daha sonra isə ölkənin hərbi hava qüvvələri onun ərazisindəki hədəflərə zərbələr endirib.

Toqquşmalarda 22 nəfər həlak olub.