Biləsuvarda yol qəzasında ölən piyadanın şəxsiyyəti müəyyənləşib.

 

"Unikal"ın məlumatına görə, qəza nəticəsində həyatını itirən 2004-cü il təvəllüdlü Abbaslı Aysun Niyaməddin qızıdır.

***21:25

Biləsuvar rayonunda piyada yol qəzasında ölüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində baş verib.

Hadisə zamanı "Mercedes" markalı minik avtomobili piyadanı vuraraq həyatına son qoyub. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev