Yəmənin cənubunda Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində 68 nəfər ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.
Bildirilir ki, çox sayda efiopiyalı miqrantın iştirak etdiyi qəzada onlarla insan itkin düşüb.