2026-cı il dünya çempionatında A qrupunun II turuna start verilib.
"Unikal" xəbər verir ki, turun ilk oyununda Çexiya millisi Cənubi Afrika Respublikası ilə qarşılaşıb.
Görüş bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Matça Çexiya qolla başlayıb. 6-cı dəqiqədə Sadilek Çexiyanı önə keçirib.
İlk hissədə başqa qol olmayıb.
İkinci hissənin sonlarında CAR hesabı bərabərləşdirib. Mokoena 83-cü dəqiqədə penaltidən dəqiq oynayıb: 1:1.
Oyunda başqa qol olmayıb.
Xatırladaq ki, hər iki komanda ilk turda məğlubiyyətlə üzləşmişdi. Çexiya Cənubi Koreyaya 1:2, CAR isə Meksikaya 0:2 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, A qrupunun digər oyununda Meksika Cənubi Koreya ilə qarşılaşacaq.




















































.jpg)


