Fərəc Quliyev: "Azərbaycan və Türkiyə birgə mübarizəyə hazırlaşır"
"Hər zaman Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasını arzulamışam. Hətta təkliflərim olub ki, münasibətlər iqtisadi, mədəni səviyyədən siyasi və hərbi sahəyə keçməlidir. Çox şükür ki, artıq iki ölkə arasında münasibətlər həmin səviyyədədir".
Bunu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq planına əsasən "TURAZ Şahin 2015" hərbi təlimlərin əhəmiyyətindən danışarkən deyib. F.Quliyev iki ölkənin birgə keçirdiyi təlimləri təqdir etdiyini diqqətə çatdırırb: "İki ölkənin birlikdə hərbi sənaye kompleksinin yaradılması, hərbi təlimlərin keçirilməsi, ortaq ordunun formalaşdırılması o deməkdir ki, Azərbaycan və Türkiyə təkcə xoş günləri deyil, problemlərini də bölüşür, düşmənə qarşı birgə mübarizəyə hazırlıq görür".
Millət vəkili hesab edir ki, həm NATO tərkibində olan güclü Türkiyə dövlətinin ordu birlikləri ilə birgə hərbi təlimlərdə iştirak etmək baxımından, həm də qardaş ölkələr olaraq orduların inteqrasiyası baxımından bu təlimlərin keçirilməsi çox əhəmiyyətlidir".
Digər Xəbərlər
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54