Azərbaycan məmurlarının tükürpədən "tender korrupsiyası"
10:37 12-03-2015
CƏMİYYƏT
Azərbaycan məmurlarının tükürpədən "tender korrupsiyası"
Məmurların "qanuni yollarla" necə "qanunsuz" sərvət sahibi olduqlarına dair daha bir şok fakt!
Ağdam rayonunun icra başçısı rayondakı abadlıq işlərini tələbə yoldaşı ilə xalası oğluna həvalə edib. Bu barədə Azfakt.com saytı araşdırma aparıb.
Bildirilir ki, icra başçısı Raqub Məmmədov rayondakı təmir-tikinti, abadlıq-quruculuq işlərini tələbə yoldaşı Tahir Əliyev və Xıdırlı kəndindən olan xalası oğlu Adil adlı şəxsin şirkətlərinə verir. Məlumata görə, Tahir Əliyev keçmiş icra başçısı Nizami Sadıqovun dövründən rayondakı abadlıq tikinti işləri ilə məşğul olurdu: "Tahir Əliyev Nizami Sadıqovun dövründə o qədərdə böyük tenderlərin qalibi ola bilmirdi. İndi yeni icra başçısı Raqub Məmmədovun sayəsində dəyəri yüz min manatlarla ölçülən iri layihələr həyata keçirtməyə başlayıb. "Ağdam-1" MMC, "Ayaz-A" MMC, "Quzanlı-1" MMC, "Aysu-2007" MMC, "Tikinti-2011" MMC və digər onlarla kiçik müəssisələr Tahir Əliyevə məxsusdur. Bu iş adamı Nizami Sadıqovun dövründə olduğu kimi, yenə də köhnə ampulasındadır. Onun gördüyü işlər üçün ayrılan vəsaitin 50 faizini yeni icra başçısı, tələbə yoldaşı Raqub Məmmədova verdiyi deyilir. Raqub Məmmədovun Ağdam rayonuna icra başçısı təyinatından sonra həyata keçirilən bütün abadlıq tikinti işləri məhz Tahir Əliyevin şirkətləri vasitəsi ilə həyata keçirilir. Həmin abadlıq işlərində isə Tahir Əliyevlə Raqub Məmmədovun yaxşı qazanc əldə etdikləri bildirilir".
Saytın yazdığına görə, Raqub Məmmədov Tahir Əliyevlə "sıcaq quruculuq" münasibətlərinə görə onun qardaşını bu yaxınlarda Alıbəyli 2 kənd qəsəbəsin icra nümayəndəsi təyin edib. İcra başçısı xalası oğlu Adili də rayondakı tikinti işlərinə qoşmaqla bütün məmurların "istəyini" ürəyində qoyub. Çünki dövlət büdcəsindən axan pul seli məhz xalası oğlu Adilin və tələbə yoldaşı Tahir Əliyevin 10 manatlıq müəssisələrinə axır. Pulların yarısından çoxu isə 10 manatlıq müəssisələrdən icra başçısının cibinə girir.
Bildirilir ki, Ağdam rayonunun icra başçısı Raqub Məmmədovun tələbə yoldaşı Tahir Əliyevə məxsus müəssisələrə keçən il 2014-cü ildə 837086 (səkkiz yüz otuz yeddi min səksən altı) manat vəsait köçürülüb. Yəni Tahir Əliyevə məxsus şirkətlər tenderlərdə qalib elan olub və "görüləcək işlər" həmin müəssisələrə verilib.
İş adamının müəssisələrinə verilən tenderlərin siyahısı isə belədir:
- Ağdam rayonunda quruculuq işlərinin satın alınması - "Ağdam-1" 102000 (yüz ikin min) manat;
- Abadlıq, qurucluq işləri - "Quzanlı-1" MMC 201817 (iki yüz bir min səkkiz yüz on yeddi) manat;
- Daxili yolların təmir işləri - "Tikinti -2011" MMC 319999 (üç yüz on doqquz min doqquz yüz doxsan doqquz) manat;
- Yaşayış evlərinin təmir işləri - "Universal TNP" 113750 (yüz on üç min yeddi yüz əlli) manat.
Məlumata görə, Tahir Əliyevə məxsus müəssisələrin gördüyü işlərin böyük əksəriyyəti yalnız kağız üzərində olub. Çünki rayon icra başçısı iş adamına köçürülən vəsaitin bir hissəsini götürüb və yerdə qalan hissəsidə məhz Tahir Əliyev tərəfindən həyata keçirilən "kosmetik "işlər adı altında silinərək mənimsənilib.
Qeyd edək ki, Azərbaycanda bir çox iri məmurlar kimi, icra başçılarının da formal, qeyri-şəffaf tender yolu ilə dövlət vəsaitlərini talan etməsinə dair xəbərlər ilk dəfə yayılmır. "Unikal"ın bu mövzuda müxtəlif vaxtlarda yaydığı xəbərlərdən belə görünür ki, ölkədə faktiki olaraq "tender korrupsiyası" formalaşıb, Ağdamla bağlı gələn xəbərlər də deyilənləri dolayısı ilə təsdiqləyir.
İnanaq ki, yerli rəhbərlik yayılan iddiaları konkret faktlarla yalanlayacaq, əks halda ölkədəki "tender korrupsiyası"nın əlinin sözügedən cəbhəyanı rayonadək uzandığına heç bir şübhə qalmayacaq.
Azad Şükürlü
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15