Bakıda
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, yanan binada əhalinin çıxarılması qeyri-mümkün olub. Binanın üst mərtəbələrindən sakinlər bağıraraq yardım istəyirlər. Lakin hələ də onları bu dəqiqələrə (11.35) qədər xilals etmək olmur. Alov aşağıdan yuxarı binanı bütövlükdə cənginə alıb...

***

11.44. Bir nəfər 15-ci mərtəbədən əl edərək xilas edilməsini istəyir. Amma hələ də əraziyə qaldırıcı kran və digər vasitələr cəlb olunmayıb. Sakinlərin ümidi Allaha qalıb. Yanğının qarşısını da almaq mümkün olmayıb..

11.50. Əməkdaşımız xəbər verir ki, yanğından xeyli xəsarət alanlar var. Təcili yardım maşınları onları xəstəxanaya daşıyır.

11.52. Yanğın 9-cu mərtbəyə çatıb. Yanğın söndürənlər isə yalnız 5-ci mərtəbəyə qədər müdaxilə edə bilirlər. Yanğın yuxarı mərtəblərə doğru sürtələ irəlilləyir. Bina 1 bloklu olduğundan mənzillərdə olanların xilası da çətinləşib...


Artıq Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasının yanması faktı ilə bağlı məlumat yayıb. Mia.az FHN-in saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi davam edir. Əlavə məlumat veriləcək.

***
Bakıda baş verən dəhşətli yanğın zamanı bir nəfər özünü binadan atıb.

16 mərtəbəli binada baş verən yanğın zamanı bir kişi özünü səkkizinci mərtəbədən ataraq ölüb.
Qeyd edək ki, həmin şəxsin ailəsi hələ binadan çıxarılmayıb.


***
Bakıda daha bir üzlənmiş binada yanğın baş verib.
Hadisə ilə bağlı fotoları jurnalist Əzizə İsmayılova Facebook hesabında paylaşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, bina bir neçə dəqiqə ərzində yanıb.

Qeyd edək ki, həmin bina alkopanla üzlənib.

***

Hadisə Azadlıq metrosunun yanındakı 16 mərtəbəli binada baş verib.

***

Bina sakinləri hələ də təxliyyə olunmayıb.