Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi hesabat verdi
10:54 23-07-2015
CƏMİYYƏT
Kamran Əliyev: "Hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 118 cinayət işinin istintaqı aparılır"
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu ilin birinci yarısında vətəndaşların 5150 müraciətinə baxılıb, həmçinin 95 cinayət xarakterli material araşdırılıb.
Bunu Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib. Həmin materialların 65-i (68%) üzrə cinayət işi başlanıb, 30 (32%) material üzrə cinayət işinin başlanılması rədd edilərək zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə 3414 müraciət daxil olub, həmin müraciətlərin 12-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkarlanmış qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.
Hesabat dövründə törədilmiş və ya hazırlanan cinayətlər barədə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 10, habelə korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 5 cinayət işi başlanıb. 2015-ci ilin I yarımili ərzində Baş İdarənin İstintaq idarəsi tərəfindən 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 50 şəxs barəsində 33 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 30 iş dələduzluq, 26 şəxs barəsində 13 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 8 şəxs barəsində 8 iş saxta sənədlərdən istifadə etmə, 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 20 şəxs barəsində 8 iş rüşvət alma, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş isə digər faktlarla əlaqədar olub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 94 milyon 895 min manat ziyandan istintaq müddətində 30 milyon 226 min manat və ya 31, 8 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Bu ilin birinci yarısında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı tamamlanaraq, məhkəmələrə göndərilən cinayət işləri arasında "Sevil" MTK, Qazax Müəllimlər İnstitutun rektoru İsa Veysov və rəhbərlik etdiyi cinayətkar qrup, "Aqroliznq"in rəhbər şəxsləri ilə bağlı cinayət işləri də olub.
Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib. K.Əliyev deyib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə məhkəməyə göndərilən məhkəmə işləri arasında qrup şəklində törədilmiş ağır cinayətlərlə bağlı işlər üstünlük təşkil edir. Keçən il məhkəmələrə göndərilən 103 cinayət işindən 51-i ağır cinayətlərə üzrə məhkəmələrə göndərilibsə, bu il məhkəmələrə göndərilən 99 cinayət işindən 59-u ağır cinayətlər üzrə məhkəmələrə göndərilib. K.Əliyev qeyd edib ki, indiyə qədər Baş İdarədə 270 cinayət işi üzrə istintaq həyata keçirilib: "Bunların bir qismi üzrə istintaq başa çatıb, hazırda isə Baş İdarədə 118 cinayət işi üzrə ibtidai istintaq aparılmaqdadır".
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı tamamlanaraq məhkəmələrə göndərilən cinayət işlərinin daha çox hansı sahələri əhatə etdiyi açıqlanıb. Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarım ili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib ki, birinci yerdə 15 cinayətlə (30 şəxs barədə) banklar gəlir.
İkinci yeri 11 cinayətlə (17 şəxs barədə) özəl sektor, üçüncü yeri 10 cinayətlə (21 şəxs) tikinti sektoru tutur. Növbəti yerlərdə müvafiq olaraq 11 cinayətlə (11 şəxs barədə) ticarət, 6 cinayətlə (13 şəxs barədə) təhsil, 6 cinayətlə (6 şəxs barədə) səhiyyə, 3 cinayətlə (9 şəxs barədə) kənd təsərrüfatı, 3 cinayətlə (4 şəxs barədə) bələdiyyələr, 3 cinayətlə (3 şəxs barədə) yerli icra hakimiyyəti orqanları gəlir.
"Mənzil-tikinti korporetivlərin arxasında oliqarxların, kimlərinsə dayanması faktı yoxdur. Bəzən səriştəsiz bəzi şəxslər bina tikintisi ilə məşğul olur, tikib qurtara bilmir". Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarım ili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.
K.Əliyev bildirib ki, vətəndaşlar mənzil tikinti kooperativləri barədə bir az ehtiyatlı olmalıdırlar: "Bizim tərəfdən yeni tiklilərlə bağlı təkliflər hazırlanıb və təqdim olunub. Tikilən binaların reyestri hansısa dövlət qurumu tərəfindən aparılmalıdır ki, vətəndaş mənzil almaq istəyərkən bunu yoxlada bilsin. Digər tərəfdən, onu da qeyd edib ki, vətəndaşlar artıq ayılıblar, son 3-5 ildə aldananlar yoxdur".
K. Əliyev mətbuat konfransında "Sevil Massivi" MMC ilə əlaqədar 5 vəzifəli şəxslə bağlı cinayət işinin məhkəməyə göndərildiyini və artıq məhkəmənin ilkin baxışının oolduğunu qeyd edib: "Mən bu işlə bağlı vətəndaşlara dəyən tam ödəniləcəyi ilə bağlı məndə heç bir narahatçılıq yoxdur. İndiyə qədər vətəndaşlara dəyən ziyanın yarısının ödənilməsi təmin edilib. Digər tərəfdən, həmin 5 nəfərin əmlakı üzərinə həbs qoyulub. Ümid edirəm ki, məhkəmə bizim ilkin qərarla razılaşacaq və üzərinə həbs qoyulan əmlaklar satışa çıxarılacaq. Bu halda vətəndaşların digər yarısına dəyən ziyanı ödənilməsində problem olmayacaq".
K. Əliyev "Xəmsə" MTK-nın rəhbərinin isə axtarışda olduğunu nəzərə çatdırıb: "Qanun bizə imkan verən formada ziyanın ödənilməsinə çalışırıq. Binanın indiki sahibi ilə vətəndaşlar arasında müqavilələr bağlanıb, bu sahədə vətəndaşlara dəymiş ziyanın ödənilməsinə çalışırıq".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43