Bakıda toy karvanında təhlükəli anlar yaşanıb. Bəylə gəlinin olduğu avtomobilin qarşısını kəsən şəxs ölümlə üz-üzə qalıb.
Unikal.org avtosfer.az-a istinadən bildirir ki, digər avtomobillərdən birinin videoqeydiyyat cihazı tərəfindən qeydə alınan hadisə avqustun 11-də, saat 18.15 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib. Videodan da göründüyü kimi, "Mercedes-"Gelandewagen"markalı avtomobil yeniyetmə piyadanı qarşısına alaraq hərəkət edir. Çox güman ki, həmin yeniyetmə köhnə adət-ənənə ilə toy karvanında bəy-gəlin maşınının qarşısını kəsib şirinlik almaq istəyirmiş. Lakin avtomobili idarə edən bəy hərəkəti davam etdirir, yeniyetmə isə əlini maşına söykəyib arxaya qaçır. Bu vəziyyət təxminən 150-200 metr məsafədə davam edir. Lakin bəy pul verməmək üçün maşını saxlamır.