Ötən gün Rusiyanın Ermənistandakı səfirliyinin ərazisində kişi meyiti tapılıb.
Unikal.org "news.ama istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan polisi xəbər verib.
Bildirilir ki, ölən şəxs 52 yaşlı Rusiya vətəndaşı Andrey Smirnovdur.
O, müvəqqəti olaraq səfirlik ərazisində yaşayıb. Məhkəmə tibbi ekspertizanın ilkin rəyinə əsasən, meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.