Unikal.org xəbər verir ki, İtaliyada təşkil edilən gözəllik yarışmasında ikinci olan 22 yaşlı Paola Torrente tənqidlərə cavab verib. "Mən təbii, bir qədər kök qadınam və bədənimlə qürur duyuram"deyib.
Yarışmada kök olduğu üçün sərt ittihamlarla üzləşən Paola özünü olduğu kimi sevdiyini deyib: "Əsla utanmıram. Çünki belə görünmək üçün dəfələrlə əməliyyat etdirən qadınlar var. Özünü yaxşı hiss etmək və xoşbəxt olmaq sizə qarşı deyilən qəddar sözlərlə savaşmağın ən gözəl yoludur"