Öncəgörücü
Nuridə Qurbanova bu gün vəfat edən xalq artisti İlhamə Quliyevanın ölümünü şərh
edib.
Unikal.org xəbər verir ki, PrimeTime.Az-ın əməkdaşının telefon zənginə Moskvadan cavab verən
ekstrasens deyir ki, İlhamə Quliyevanın ölümü Allahın onun üçün yazdığı qisməti
idi : " Hər şey qara tuneldən başladı. Qara tunel ölüm deməkdir. Həqiqətən
mən İlhamə xanımın öləcəyini öncədən hiss edib demişdim. Amma ölünün, yaxud
dirinin arxasınca danışmaq olmaz. Bu, qəbuledilməzdir. O, xəstə idi,
zəhərlənməyib. Biri var alın, biri də var ağıl yazısı. İlhamə xanım Allah-Təala
tərəfindən günahlarıyla ölümünə yaxınlaşdı. Bu, onun alın yazısıdır". 5
fevral tarixində PrimeTime.Az-da yayımlanan xəbərdə ekstrasens, xalq artistinin
həbsdə olan keçmiş köməkçisi Mehriban Hüseynovanı müdafiə edərək bunları deyib:
"İlhamə "Tövbə" sürəsini oxusun və qadını buraxdırsın... Bu
yaxınlarda İlhamə xəstəxanaya düşəcək. Onu ağır xəstə görürəm. İlhamənin
şəklinə baxanda yaxşı heç nə görmək olmur".