Rusiya prezidenti Vladimr Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Söhbət zamanı Suriya böhranı müzakirə edilib, terror təhlükəsinə qarşı mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib.

"Rusiya prezidenti ümidvar olduğunu bildirib ki, oktyabrın 15-də Lozannada keçirilməsi nəzərdə tutulan Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri, regionun bir sıra ölkə nümayəndələrinin də iştirak edəcəyi görüşdə Suriyada münaqişənin nizamlanması baxımından məhsuldar olacaq", məlumatda deyilir.