Hindistanda rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putin BRİCS sammitinin ənənəsinə uyğun olaraq hindlilərin milli kostyumunu geyinib.
Unikal.org bildirir ki, qafqazinfo-nun "Life.ruya istinadən verdiyi məlumata görə, təşkilaçılar qonaqlara uzun gödəkçələr və ya dhotilər (adətən, 2-5 m olan ağ parçalar) təqdim etməyiblər. Əksinə, bu geyimin daha rəsmi formasını - ağ köynək və müxtəlif rəngli gödəkçələr hazırlayaraq Hindistan, Rusiya, Çin, Cənubi Afrika və Braziliya liderlərinə təqdim ediblər.
Vladimir Putin mavi gödəkçə geyinib. Hindistan baş naziri Narendra Modidən başqa digər liderlər qara rəngli şalvardan istifadə ediblər.