Hər il 31 oktyabrda qeyd edilən müasir balqabaqlar bayramıdır. Bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında hazırlanmışdır.
Unikal.org bildirir ki, bu bayram hal-hazırda dünyanın müxtəlif ölkələrində qeyd edilir. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox dünya ölkələrdində təntənəli şəkildə keçirilir.
İngilis dilinin Oksford lüğətinə görə "Hellouin" sözü ilk dəfə XVI əsrdə ingilis ifadəsi olan All-Hallows-Even (azərb. Bütün müqəddəslərin axşamı, even -” evening sözünün qısaltması (azərb. axşam); şotlandca "hellouin" kimi oxunur). O zamanlar Müqəddəslər gününün ərəfəsi olan gecəni elə adlandırırdılar. Ona baxmayaraq All Hallows ifadəsini qədimi ingilis dilində (ealra hÄlgena mæssedæg -” azərb. Müqəddəslər günü) rast gəlirdi; All-Hallows-Even ifadəsi 1556-cı ildən əvvəlki, yazılı mənbələrdə rast gəlmir.
Samayn adlı mərasim ayını ölüm simvolu olan qışın gəlişi ilə bağlı idi və həmişə payızın son gunləri qeyd olunurdu. Sonradan kilsə xalq arasında olan bu bayramı özününküləşdirmək məqsədilə Müqəddəslər gününü də bu ərəfəyə saldı. Bəziləri düşünür ki, həmin gün o dünya və bu dünya arasındakı darvazalar açılır və ola bilər ki, evinə gəlmək imkanı qazanan nəslin ölmüş nümayəndələri ilə birgə dünyamıza ziyanverici ruhlar da soxulsun və onları mütləq qorxulu balqabaqlar, iyrənc makiyajla qorxudub qaçırmaq olar.
Bayramın bir çox simvollarının uzun tarixi var. Bir sıra ölkələrdə qara qüvvələrin rəmzi olan müxtəlif şəkillər - hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir, butaforlar qoyulur. Marketlərdə bayramın rəmzlərinə bənzəyən oyuncaqlar, uşaqların və gənclərin həmin gün geyinərək şənlənəcəyi nağıl qəhrəmanlarının xüsusi kostyumları, maskalar satılır. Şirniyyatlar Hellouinin rəmzləri şəklində qablaşdırılaraq satışa qoyulur.
Britaniyada orta əsrlərdə insanlar evbəev gəzib ölülərin ruhuna dua oxumalarının qarşılığında sakinlərdən yemək istəyirdilər. Onlar əllərində oyuq şalğam fənərlər tuturdular. Hər bir belə fənərlərin içinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyurdular. Digərlərinin fikrincə isə, fənərlər pis ruhları qovmaq üçün istifadə edilirdi. 1800-cü illərdə Şimali Amerikada şalğam balqabaqla əvəz olundu, çünki bu tərəvəz o torpaqlarda geniş yayılmışdı və onu oymaq asan idi.
Digər bayramlar kimi, Hellouinində öz tanınmış mahnıları və mövzulu musiqisi var. ABŞ pop müğənnisi Bobbi Pikketin "Monster Mash" mahnısı musiqi tənqidçilərinin fikirlərinə görə, Hellouinin özünə məxsus himnidir. Digər bir məşhur mahnı Denni Elfmanın Milad Gecesi Kabusu filminə yazılmış "This is Halloween" mahnısı sayılır.
2005-ci ildə araşdırmalara görə, ABŞ-da bu bayramı qeyd edənlərin yarıdan çoxu Hellouin paltarlarına 38 dollardan artıq pul xərcləməyi lazım bilmirlər. Kostyum satışından ümumi gəlirlər 2005-ci ildə $3,3 milyard, 2006-cı ildə isə $4,96 milyard təşkil edir. Hər il bayram kostyumları dəyişir, nağıl qəhrəmanlarının geyimlərini dünya məşhurlarının obrazlarına parodiya kimi görünən kostyumlar əvəzləyir.
Hellouin bayramı zamanı uşaqlar cin və ya cadugər paltarında qapı-qapı gəzib şirniyyat yığır, ev sahibləri heç nə verməyəndə, onlara hədə-qorxu gəlirlər.