Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.
"Unikal"ın məlumatına görə, Gəncə şəhərində anadan olmuş, Rusiya vətəndaşı 1977-ci il təvəllüdlü Orxan Rüstəmov bu illin fevralın 9-da döyüşlərə qatılıb.
Lakin martın 22-i tarixində Rusiya-Ukranya arasında gedən şiddətli döyüşlər zamanı həlak olub. Onun ölüm xəbəri barədə məlumatı mayın 24-də ailəsinə bildiriblər.
Mərhum sabah Gəncə şəhərində dəfn olunacaq.
Qeyd edək ki, Orxan Rüstəmov ailəli olub. Onun iki övladı var.
Tural Əhmədov