Ötən gün Moskvada, oliqarx, Tacik biznesmeni, İlham Şakirovun qızının dəbdəbəli toy mərasimi olub.
Unikal.org-un rusiya mətbuatına istinadən məlumatına görə, oliqarxın qızı Mədinə Şakirovanın Sərdar adlı şəxslə toy mərasimi, Moskvanın ən bahalı otellerindən biri olan "Radisson Royal" otelinin "Konqres-park" zalında baş tutub. Zal təbii güllərlə bəzədilib. Mədinə "Zuhair Murad" brendinin 40 milyon rubl dəyərində gəlinliyini geyinib. Gəlinlik minlərlə mirvari və svarovski qaşlarla bəzədilib, bahalı tüllə tikilib. 900 qonağın qatıldığı məclisi rusiyalı aparıcılar İvan Urqant və Alla Mixeyeva idarə ediblər. Gecənin musiqili qonaqları isə Filipp Kirkorov, Leonid Aqutin, Stas Mixaylov, Qlyukoza və başqa məşhurlar olub.
Qeyd edək ki, biznesmen İlham Şakirov Daşkəndin ən nüfuzlu oteli olan "Qrand"ın rəhbəridir. Özbəkistanda "Demir əyləncə-ticarət mərkəzinin 65% səhminə sahibdir, Moskva vilayətində isə bir neçə mehmanxanası var