Türkiyənin Bolu vilayətində yaşayan Fatma birinci dəfə 15 yaşında ailə qurub. O, 16 yaşında ana olub. Fatma 33 yaşında dünyasını dəyişib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatma 13 yaşındaykən tarlada işləyən zaman qardaşının əsgər yoldaşı ilə münasibət qurub. Oğlan Fatmanı qaçırıb. Bundan xəbər tutan valideynlər adları çıxmasın deyə məcburən onların ailə qurmasına icazə veriblər. O, 16 yaşında ana olub.
Bir neçə il sonra qadının ehtirası başına bəla olub. Belə ki, o, tarlada tanış olduğu Nihat Sönmez adlı başqa evli kişi ilə eşq yaşamağa başlayıb. Bu xəbər onun ərinin qulağına çatanda isə Fatma çarəni Nihatla Ankaraya qaçmaqda görüb. Onlar Ankaraya gələrək burada birlikdə yaşayıblar. Qadın növbəti dəfə hamilə qalıb.
Lakin onların gizli münasibəti yolunda getməyib. Belə ki, ikinci "əri" bir neçə dəfə Fatmanın başında stul sındırıb, onu döyüb. Qadın ondan ayrılmaq istədiyini söyləyəndə isə Nihat onu tüfənglə vurub. Qadın 33 yaşında dünyasını dəyişib. Ağır yaralanan Nihat isə həbsxanalıq olub.(milli.az)