"Alfa Research və "Gallup sosial agentliklərin "exit-pollarının nəticələrinə görə noyabrın 13-də Bolqarıstanda keçirilən prezident seçkilərinin 2-ci turunda Rumen Radev 58,5 faiz səs toplayaraq qalib gəlib.
Unikal.org xəbər verir ki, rəsmi olaraq Bolqarıstanın yeni prezidentinin adı gələn həftə açıqlanacaq. Buna baxmayaraq o, rəsmi olaraq vəzifəsini yanvar ayında, hazırkı prezidentin səlahiyyətləri bitdikdən sonra icra edəcək.