Nyu-York Universitetinin alimləri 500 il əvvəl dondurulmuş uşaq mumiyalarının tədqiqatlarını başa çatdırıb.
Unikal.org xəbər verir ki, həmin uşaqların Lyülyaylyako vulkan dağında inqlər tərəfindən çoxdan itirilmiş "allahlarını" geri qaytarmaq üçün qurban verildiyi ehtimal edilir. Alimlərin fikrincə, inqlər qurbanları seçərkən əsasən onların gözəlliyinə önəm veriblər.
Qeyd edək ki, "dondurulan" zaman ən böyük qızın 14, başqa qızın 7, oğlanın isə 6 yaşı olub.
Mumiyalar dağlarda dondurulduğu üçün ideal formada qalıblar. Qızlardan birini ildırımın vurmasına baxmayaraq onun bədəninin üst hissəsi o qədər də xəsarət almayıb.
Tədqiqatlar onu da göstərir ki, ən böyük qız vərəm xəstəsi imiş. Uşaqları öldürməmişdən əvvəl onları yaxşıca yedizdirib və ətirli yağlarla bədənlərini yağlayıblar. Onların yanına gündəlik istifadə etdikləri məişət əşyaları da qoyulubmuş.