Türkiyənin Mersin şəhərində əyləncə məkanlarında polisin keçirdiyi əməliyyat zamanı əxlaqsızlıqla məşğul olan 28 əcnəbi qadın saxlanılıb.
Unikal.org hurriyet-ə istinadən xəbər verir ki, əməliyyatda təxminən 100 polis əməkdaşı iştirak edib.
Ümumilikdə 18 əyləncə mərkəzində keçirilən əməliyyat zamanı , əxlaqsızlıqla məşğul olmaqda şübhəli bilinən 21 suriyalı, 6 azərbaycanlı və 1 Mərakeş əsilli qadın saxlanılıb. Saxlama zamanı adları müxtəlif cinaytlərdə hallanan 5 nəfərdə tutulub.