Unikal.org heyvanlar haqqında bilinməyən bir-birindən maraqlı məlumatları təqdim edir:
Aslanın dili o qədər sərtdir ki, dərinizi yalayarkən belə onu deşə bilər. Dilinin sərt və tikanlı olması onun əti parçalayaraq yeməsinə kömək edir.
Suyun üzərində sadəcə başı hissəsi görünən timsah əslində suyun dərinləriklərində öz ovunu belə gözləyir. Timsahlar suyun dərinliklərinə bata bilmək üçün çoxlu sayda daş parçası udurlar.
İy və eşitmə orqanları gözəl inkişaf edən akulalar okenadakı qan iyini 3 km məsafədən hiss edə bilirlər.
ABŞ-ın Florida ştatının Everglades milli parkında uzunluğu 5 metr 18 santimetr, çəkisi 74.4 kiloqram ağırlığında Burmis pitonu indiyə qədər rast gəlinən ən böyük ilan növüdür. Yarılarkən içindən 87 yumurta tapılmışdı.
"Daun" sindromu insanlardan başqa heyvanlarda da çox nadir rast gəlinən xəstəlikdir.
Kenni adlı bir pələng dünyanın ilk "daun"sindromlu pələngi olaraq tarixə salınıb.
Dünyanın ən tənbəl heyvanları gündə 20 saat yatan koalalar sayılır.
Kral pinqivinlər 535 metr dərinliyə qədər üzə bilirlər.
Bir dəvə 15 dəqiqəyə 200 litrə qədər su içə bilir.
Şimpanzelərin cinsi əlaqəsi 4-8 saniyə sürür. Siçanlarda isə bu 40 saat sürür.
Siçanlar qusa bilmirlər. Buna görə də siçan zəhəri çox güclü işləyir.
Zürafə qulaqlarını diliylə təmizləyir. Onların səs telləri də yoxdur.
İngiltərədəki bütün qu quşları, kral ailələrinə aiddir.
Pandaların balaları doğularkən kor və dişsiz olurlar. Çox tez inkişaf edib böyüyən pandalar, doğularkən analarında 800 dəfə kiçik olurlar.
İnsanları barmaq izindən, itləri isə burun izindən tanımaq mümkündür.
Atlar ayaqüstündə yatırlar! Yatanada yerə yıxılmaq ehtimalı yoxdu çünki, ayaq sümükləri bir-birinə sanki qıfıllanır.
Dəvə quşu heyvanlar aləmində ən sürətli qaçan iki ayaqlı heyvandır və 1 saata 70 kilometr məsafəni qaçmaq sürətinə malikdir.