"Hər şey daxil verilişində qonaq olan müğənni Mənzurə Musayeva doqquz dəfə əməliyyat etdirdiyini deyib.
Unikal.org-un məlumatına görə, sənətçi
bildirib ki, əməliyyatdan ikisi plastik olub:
"Əsas əməliyyatla arıqlamaq deyil, onu davamlı saxlamaq lazımdır. Deyirlər, doqquz dəfə əməliyyat olunub. Onun hamısı plastik deyil, sağlamlıqla bağlı da olunub. Xəstəliyim olanda, məcbur ediblər. Əməliyyatdan yalnız ikisi plastikdir. Formada qalmaq üçün pəhriz saxlayıram. Hər gün 1 saat üzürəm, amma bu çox arıqlatmır. İdmana getmirəm, çünki hər gün getməyə imkanım olmur".