"İnstaqramda bir xanım mənə tənqidi fikirlər yazırdı. Onun cavabını yazdım. Qayıtdı ki, siz mənə şərəf verdiniz, məni xoşbəxt etdiniz.
Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə "ATV maqazin onlarla verilişinə açıqlamasında deyib.
İfaçı bildirib ki, maqazin verilişlərindən uzaq durmağa çalışır:
"Mən öz işimlə məşğulam. Heç kim məndən hansısa sözünə cavab gözləməsin. Son zamanlar maqazin verilişlərindən uzağam. Məni çəkmək istədiklərini deyəndə isə nə sual verəcəklərini soruşuram. 1982-ci ildən bu yana tək gəlib Nadir Qafarzadə olmuşam, irəli getmişəm. Qazandığım hörməti itirə bilmərəm".
N.Qafarzadə efirdən toy tutan həmkarlarına sərt sözlər ünvanlayıb:
"Efirdə toy mahnısı oxuyub, toy tutmağa çalışırlar. Bu fonoqram deyil axı. Birini oxudun, bəs ikincini də istəyəcəklər axı. İkinci mahnını oxuya bilməyib, biabır olacaqsan. Onda səni təhqir də edəcəklər, döyəcəklər də, məclisdən qovacaqlar da".