Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali Şirkətlər Qrupu Fövqəladə Hallar Nazirliyinə xüsusi hədiyyə edib.

 
Unikal.org-un Qafqazinfo-ya istinadən xəbərinə görə, nazirliklə şirkət arasında əldə olunmuş razılığa əsasən "Palmaliyə aid "DeepFlight DF-302 Super Falcon 2 sualtı qayığı FHN-ə bağışlanıb.
Qeyd edilir ki, adıçəkilən sualtı qayığın Xəzər dənizində baş vermiş son faciə nəticəsində itkin düşən neftçilərin axtarışına da töhfə verəcəyi istisna deyil.

Razılaşma predmeti olan "DeepFlight DF-302 Super Falcon sualtı qayığı 2014-cü ildə istifadəyə verilib. Qayığın uzunluğu 6.3 metr, eni 2.7 metr (qanadları yığılmaqla - 1.4 metr), hündürlüyü 1.6 metr təşkil edir. Saatda 11.2 kilometr qət edə bilən «DeepFlight DF-302 Super Falcon» üç sürət rejiminə malikdir və rahat idarəolunması ilə seçilir.