Yanvarın 10-da "Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Qaraçuxur qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Unikal.org-un məlumatına görə, saat 10:00-dan 18:00-dək aparılacaq işlərin Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.