Müğənni Nadir Qafarzadə "Hər şey daxil" verilişində qonaq olub.
Unikal.org xəbər verir ki, sənətçi bu yaxında ailəsi ilə birlikdə Yeni ili qeyd etmək üçün Ukraynaya yola düşmüşdü. İfaçı orada həyat yoldaşı ilə dalaşdığını bildirib:
"Ukraynada olanda xanımımla dava etmişəm. Ona nəsə almaq istəyəndə, etiraz edirdi. Bu adam nəsə aldırmaq istəmir. Bunun üstündə qırğınımız olub. Deyirəm, camaatın arvadı kişisinə hər şey aldırır, sən istəmirsən. O məndən nəsə istəyəndə, sevinirəm. Halal pulunu ailənə xərcləməlisən. Evimə pul xərcləyəndə ruzim artır. Gedib pulu kənarda haram işlərə xərcləyəndə, qazancın kəsilir. Evdə büdcəyə bir nəfər baxmalıdır. Ailədə pulu mən idarə edirəm. Hərcmərclik olanda bərəkət qaçır. Yoldaşım deyir ki, mən də, uşaqlar da pula əl vurmur. Amma nə qədər istəyiriksə ver".