"Heç kim mənim pullarımı əlimdən almayıb. Mətbuatda yazıldığı kimi belə hadisə olmayıb. Bizim nə dünən, nə də srağagün toyumuz olub. Məlumat tamamilə yalnışdır.
Unikal.org AzVision.az -a istinadən xəbər verir ki, bu barədə keçmiş "Şeron" qrupunun üzvü, hazırda "Şadan" qrupunun rəhbəri və solisti olan İntizar Məmmədov toydan çıxandan sonra pullarının əlindən alınması haqda məlumata münasibət bildirərkən deyib.
"Kimsə bunu özündən yazıb. Həmin saytla əlaqə saxlayıb, etirazımı bildirəcəyəm. Ümumiyyətlə belə hadisə baş verməyib. Bu məlumatları haradan və necə tapıb yazırlar başım çıxmır.
Soyğunçuluğa məruz qaldığı deyilən digər müğənni Ramal İsrafilovla əlaqə saxlamağa cəhd etsək də o telefon zənglərinə cavab verməyib. Müğənnin bibisi, xalq artisti Mələkxanım Əyyubova əməkdaşımıza belə bir hadisənin baş vermədiyini deyib.
"Ramalın başına belə hadisə gəlsəydi, mütləq xəbər tutardım. Dünən onun valideyinləri, qardaşı ilə bir yerdə idik. Mümkün olan bir şey deyil. Belə hadisə olmayıb. .