Müğənni Hande Yener Uludağda verdiyi konserti ilə fanatlarını sevindirib.
Unikal.org bildirir ki, konsert öncəsi jurnalistlərin suallarını cavablandıran ifaçı özünü gənc hiss etdiyini bildirib:
"Bilirəm, xəbər yazanda mənim adımın yanına 44, Cemin adının yanına 32 rəqəmini yapışdırırsınız. Amma mən özümü gənc hiss edirəm və əylənməyi sevirəm".
Yener proqramlarda onun haqqında danışanlar barədə verilən sualları da cavabsız qoymayıb. O, verilişlərə az-az baxdığını və xəbərlər haqqında internetdən oxuduğunu söyləyib.
"Mən bacardığım qədər televizora baxmıram, xüsusən, hansısa verilişlərə. İnsanı qonaq çağırırlar, sonra arxasında danışırlar. Sən mənim sayəmdə maaş alırsan, məni alçalda bilmərsən", - deyə müğənni aparıcılara söz atıb.
Qeyd edək ki, Hande ötən ilin noyabrında aktyor Cem Şenolla nişanlanıb.