Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı iki il əvvəl tutulduğu döş xərçəngi və ondan necə qurtulduğunu nəql edib.
"İki il öncə sinəmdə ağrılar var idi. Həkimə getdim. Silikonumu çıxartdı və mənə xərçəng olduğumu dedi. Ondan sonra böyük stress keçirdim. Nə vaxt öləcəyimi düşünürdüm. Bir gün yatanda gecə yuxumda Həcci ziyarət etdiyimi gördüm. Mənə anidən səs gəldi ki, o ziyarətə getsəm, şəfamı orada tapacam, - deyə Gülər bildirib.
İşığın sözlərinə əsasən, o, Həcc ziyarətinə gedib gəldikdən sonra həqiqətən sağlamlığına qovuşub. O vaxtdan başını bağlayan ifaçı namaz da qılır.
Gülər deyir ki, artıq içki olan məclislərə getmir. Yalnız xınayaxdılarda iştirak edir.