Türkiyəli aktyor Şahan Gökbaharın yeni çəkdiyi "Receb İvedik 5dəki türk və azərbaycanlı boksçuların döyüş səhnəsini əks etdirən kadrları silməsi belə müzakirələrə yol açıb.
Aktyor bildirib ki, filmdəki həmin səhnələr "Receb İvedik 5də olmayacaq. Onun bu addımını sosial şəbəkədə həm dəstəkləyənlər, həm də etiraz edənlər olub.
Unikal.org qafqazinfo.az-a istinadən xəbər verir ki, eyni zamanda, Gökbaharı filmin PR kampaniyasında azərbaycanlılardan istifadə etdiyi iddia edilir. Qeyd edirlər ki, gülüş ustası ekran işinin reklamı və müzakirəsi üçün həmin kadrları yayımlayıb. Digər istifadəçilər isə Azərbaycan bazarının onlar üçün çox kiçik olduğunu söyləyir. Hətta, kinonun Bakıda təqdimatının baş tutacağı bildirilir.
Qurumdan bildirilib ki, "Receb İvedik 5in paytaxta təqdimatının olması barədə dəqiq informasiya yoxdur:
"Şahan Gökbakarı imzalı filmlərin Bakıda qala gecəsi heç vaxt keçirilməyib. Onun çəkdiyi sonuncu, yəni "Receb İvedik 5in təqdimatı barədə dəqiq məlumat yoxdur. Düzdür, ötən il "Receb İvedik 4 filmi kino mərkəzimizdə 1 ay yayımlandı və göstəriciləri yüksək idi.
Bəs azərbaycanlılar "Receb İvedik 5 filminin PR qurbanı olubmu?
Məsələ ilə bağlı rejissorCavid Təvəkkülləəlaqə saxladıq. Rejissor deyib ki, filmdə PR manevrinin olması ilə bağlı şübhə yaranıb:
"Bu, bir müəllif işidir, kadrları istər saxlayar, istərsə də çıxardar. Hər şey janr və janrın diqtə etdiyi temporitmdən asılıdır. Bu, filmin müəllifinə aid bir nüansdır. Kadr çıxarmağı biz yalnız rejissorun edə biləcəyi bir iş bilirik. İndi hər şey dəyişib. Kinoya pulu verən prodüser olduğundan o, hər hansı bir epizodu və kadrı çıxarmaq səlahiyyətindədir.
Prodüser fikrimcə, müəllif sayıla bilər. Azərbaycanın bu filmə görə PR qurbanı olub-olmamağını deyə bilmərəm. Ancaq, bunun bir PR manevri olması ilə bağlı məndə şübhələr yaranıb. Bizdən fərqli olaraq onlarda PR kampaniyası fərqlidir. Onlar təkcə metro və ya avtobusa afişa vurmaqla kifayətlənmirlər. PR kampaniyasının növlərindən biri də sosial PR növü, yəni sosial mediadır. Düşünürəm ki, PR ola bilər. Niyə?
Çünki indi paytaxt kinoteatrlarının afişalarına nəzər salsaq görərik ki, yerli komediya filmləri üstünlük təşkil edir. İndi heç türk melodramları da əvvəlki "kassasını yığa bilmir. Bir sözlə, yerli filmlər rəqib olan türk filmlərini üstələyir və bu bazarı bilənlər belə addım ata bilərlər. Mənim versiyam belədir. Ancaq bir məsələni də qeyd etmək istəyirəm. Bəs bizim filmlərdə türcə ləhcəsinə zarafat qoşulanda necə? Bu insanları maraqlandırmayıb?
Rejissor Ramin Hacıyev söyləyib ki, "Receb İvedik 5 Azərbaycanda özünə tamaşaçı toplaya bilib:
"Biz filmi tam görməmişik, Azərbaycanla bağlı hansı kadrların olmasından dəqiq olaraq xəbərsizik. Ölkəyə qarşı xoşəgəlməz kadrlar yayımlanıb. Biz "İki dövlət, bir millətik deyib bağırırıq. O ki, qaldı PR məsələsinə... Azərbaycanlıların qurbanı olmağı məsələsini dəqiq deyə bilmərəm.
Deməzdim ki, qurbanına çevirildik. Ancaq Azərbaycanda yaxşı yayımlanmağı üçün belə addım atıblarsa, burada özlərinə tamaşaçı qazana bildilər. Kadrı silməkləri isə normal haldır. Elə olur ki, film ərsəyə gəldikdən sonra aktyoru dəyişir, film tarixində belə şeylər çox olub.