Azərbaycanda bu gün 20 Yanvar faciəsinin 27-cı ildönümüdür. Hər kəs kimi sənət aləminin tanınmış simaları da bu günü əks etdirən fotolar paylaşaraq, fikirlərini qeyd ediblər.
Unikal.org şou-biznes ulduzlarının 20 Yanvar faciəsi ilə bağlı fikirlərini təqdim edir:
Xalq artisti Aygün Kazımova: "Allah rəhmət eləsin bütün şəhidlərimizə".
Əməkdar artist Röya Ayxan.
Əməkdar artist Abbas Bağırov:"Unutmadıq.
Müğənni Zamiq Hüseynov:"Unutmadıq, Allah şəhidlərimizə rəhmət eləsin".
Prodüser Tarix Əliyev (Tolik):"Allah şəhidlərimizə rəhmət eləsin. Tarixini unutma".
Müğənni Kərim Abbasov:"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.
Müğənni Elnur Məmmədov: "27 il əvvəl bü günü, bu günki kimi xatırlayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin, amin. Ruhunuz şad olsun. Xalqımıza Allahdan böyük səbr diləyirəm".
Müğənni Nadir Qafarzadə:"Qarabağı və şəhidlərimizi unutmayaq. Başın sağ olsun vətən. Allah şəhidlərimizə rəhmət eləsin .
Müğənni Samira Allahverdi:"Qalib gələn Allah ordusu olacaq".
Müğənni Natavan Həbibi:"1990-cı ilin bu günü. Təqvimin qara rəngə boyandığı - unudulmaz ağır günlərdən daha biri. Xalqımıza güc-qüvvət ver. 20 yanvarda dünyasını dəyişənlərə isə Allahdan rəhmət diləyirəm".