Müğənni Şəbnəm Tovuzlu "Evgördü verilişinin qonağı olub.
Unikal.org xəbər verir ki, ifaçı ailəsindən və sənətə gəlişindən söz açıb:
"Bu sənəti seçəndə təkcə atam mənim yanımda idi. Anam və qohumlarım müğənni olmağıma qarşı çıxırdı. Əmiuşaqlarım, xalauşaqlarım müğənni olmağımı istəmirdilər. Evlənib boşanandan sonra rayona getmədim, Bakıda qaldım. Qızım üçün gələcək qurmaq istəyirdim. Müğənniliyə başladım. Ayaqlarım üstündə durmağa çalışdım. Tacir müəllim çox sağ olsun, kömək edirdi. Toylarım gəlməyə başladı. Artıq 5 aya avtomobil aldım. Avtomobilə çox marağım var. İldə bir avtomobil dəyişirdim. İndiki avtomobilim 8-cidir. 10 ildir avtomobil idarə edirəm.
İfaçı qızı haqda da danışıb:
"İstəyirəm qızıma pianino alım. Evin dizaynına uyğun düşünəcəyik. Qızımın həvəsi var. Rəssamlığa da marağı var. İstəmirəm sırf mənim sənətimin dalınca getsin. Oxusa, daha yaxşıdır. Oxuyan uşaqdır. Uşağı bir tərəfə yönləndirmək lazımdır. Sürücü məktəbə aparanda qoymur ki, məktəbin qabağında gözləsin. Məktəbdə çox adam bilmir ki, o, mənim qızımdır. Özü istəmir. Hər şeyi düşünən uşaqdır. İstəmir ki, mənə görə ona hörmət olunsun, qiymət yazılsın. Qızımın 13 yaşı var, sabah ərə gedəcək, lakin çox böyük düşünür. Amma mən balaca olanda xalam müəllimə idi və onun adından istifadə edirdim".