Kiçik Corc Buş ən çox zarafatları ilə yadda qalan ABŞ prezidentidir.

Unikal.org xarici KİV-ə istinadən məlumatına görə, o, bu dəfə yeni prezident Donald Trampın inaqurasiyası zamanı diqqət çəkib. Keçmiş prezident yağışla mübarizəsı zamanı gülünc vəziyyətə düşüb.

Belə ki, islanmaqdan qorunmaq istəyən Buş yağmurluqdan istifadə etməyə çalışıb. Lakin o, heç cür sellofan plaşı geyinə bilməyib. Həmin anlar fotoqrafların gözündən yayınmayıb.