Xəbər verdiyimiz kimi, 2 yanvar tarixində məşhur aparıcı Özge Uzuna eks-əri canlı yayımda yenidən evlilik təklifi almasını xəbərini vermişdik. 10 illik evliliklərini bitirən cütlük qısa müddət sonra yenidən birlikdə olmaq qərarına gəlib. Belə ki, Özge Uzun Çağla Şıkel və Alişanın verilişində qonaq olan zaman eks-əri Volkan Üst proqrama qatılıb. Mahnı sədaları altında Volkanın evlilik təklifinə Uzunun cavabı "hə" olub.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş əri ilə yenidən barışan və onunla yenidən evlilik hazırlığında olan Özgəyə dünən xına gecəsi keçirilib.
Aparıcı bu gün təəccübləndirən qərar alıb. O, sosial şəbəkədə Türkiyəni tərk edəcəyini bildirib. Məlum olub ki, aparıcı bundan sonra Bakıda ərinin yanında yaşayacaq.
Aparıcı sosial şəbəkədə bunları yazıb: "Gedirəm. Tam 20 il əvvəl min xəyalla gəldiyim şəhərə vida edirəm. Yaşadım, nəfəs aldım, nəfəssiz qaldım, acıdım, qəhqəhə atdım, ağladım. İncindim amma incitdim də. Tərk edildim, tərk etdim! Arxamda, yanımda yaxşı ürəklər yığdım. Yeni bir həyata uçuyorum".
Qeyd edək ki, Volkan Üst "CBC Sport telekanalının baş direktoru vəzifəsində çalışır.