ABŞ-ın birinci xanımı Melani Tramp "The Daily Mail" qəzetini ona atdığı böhtana görə məhkəməyə verir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qəzet ötən ilin yayında Melani haqda yaydığı məqalədə onun keçmişdə eskort kimi çalışdığını , əxlaqsızlıqla məşğul olduğunu yazıb. Sentyabr ayında Melani məhkəməyə müraciət etsə də, Merilend məhkəməsi ərizəni rədd edib. Buna səbəb kimi, məhkəmə xarici şirkətlərin işinə qarışa bilməməsini bildirib.
Hazırda ABŞ-ın birinci ledisi olan Melani bu vəziyyətdən istifadə edərək, nəşri yenidən məhkəmə verir. Artıq Nyu-York məhkəməsinə sənədləri təqdim edib.
Vəkillərin sözlərinə görə, 150 milyon dollarlıq təzminat, birinci lediyə vurulmuş mənəvi zərəri ört-basdır edə bilər.